Yanvarın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin məşhur "Madam Batterflay" ("Çio-Çio-San") operası nümayiş olunacaq.
Tamaşada əsas partiyalardan birini Belarus Respublikasının Əməkdar artisti, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov ifa edəcək. Hazırda Avropada populyar opera müğənnilərindən sayılan V.Qromov Almaniya, Avstriya, İtaliya, ABŞ, Belçika, Finlandiya və Fransa kimi ölkələrin opera səhnələrində böyük uğurla çıxışlar edib.
Operada digər partiyaları Azərbaycanın tanınmış opera solistləri, əməkdar artistlər Zemfira İsmayılova, Səbinə Vahabzadə və Fərid Əliyev ifa edəcəklər. Tamaşada orkestri tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov idarə edəcək.