İrəvan Azərbaycan Dram Teatrının yeni tamaşası

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Qalx ayağa, Azərbaycan” adlı tamaşanın məşqləri gedir. Teatrdan bildiriblər ki, ölməz şəhidlərimizin xatirəsinə ithaf olunmuş bu səhnə əsərinin premyerası yanvarın 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
Tamaşa teatrın direktoru İftixar Piriyevin eyniadlı əsəri əsasında və müəllifin quruluşunda hazırlanır. Əsas rolları İ.Piriyev və teatrın gənc aktyorları canlandıracaqlar.