Gənc dramaturq İsmayıl İmanovun “Lift” pyesi Gürcüstanın İlianu Teatrında tamaşaya qoyulur. Səhnə əsərinə Axmeteli Dövlət Teatrının baş rejissoru İrakli Gogia quruluş verir. Tamaşanın premyerasının Tbilisidə və Bakıda keçirilməsi planlaşdırılır.