Yanvarın 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Dəmiryolçuların mədəniyyət və istirahət parkında Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Tamaşada əzəli torpaqlarımızın düşmən işğalı altında qalması Vaqifin, Natəvanın, Üzeyir bəyin, Bülbülün daş heykəllərinin fəryadı ilə ifadə olunur.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə nümayiş etdirilən səhnə əsərinin quruluşçu rejissoru Nadir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə teatrın direktor müavini Azad Məmmədovdur. Tamaşada əsas rolları Əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, aktyorlar Teymur Məmmədov, Püstəxanım Muradova və başqaları ifa ediblər.
Tamaşanın sonunda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Şuşa teatrına minnətdarlığını bildirib və kollektivə yaradıcılıq uğurları arzulayıb.