Yan­va­rın 25-də Bi­nə­qə­di ra­yo­nu­nun Bi­lə­cə­ri qə­sə­bə­sin­də­ki Də­mir­yol­çu­la­rın mə­də­niy­yət və is­ti­ra­hət par­kın­da Şu­şa Döv­lət Mu­si­qi­li Dram Teat­rı tə­rə­fin­dən ya­zı­çı-dra­ma­turq, mil­lət və­ki­li Hü­seyn­ba­la Mi­rə­lə­mo­vun “Gül­lə­lən­miş hey­kəl­lə­rin fər­ya­dı” po­ves­ti­nin mo­tiv­lə­ri əsa­sın­da ha­zır­lan­mış ey­niad­lı ta­ma­şa nü­ma­yiş olu­nub.
   Ta­ma­şa­da əzə­li tor­paq­la­rı­mı­zın düş­mən iş­ğa­lı al­tın­da qal­ma­sı Va­qi­fin, Na­tə­va­nın, Üze­yir bə­yin, Bül­bü­lün daş hey­kəl­lə­rinin fər­ya­dı ilə ifa­də olu­nur.
   Bi­nə­qə­di Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin təş­ki­lat­çı­lı­ğı ilə nü­ma­yiş et­di­ri­lən səh­nə əsə­ri­nin qu­ru­luş­çu re­jis­so­ru Na­dir Rüs­tə­mov, qu­ru­luş­çu rəs­sa­mı Va­leh Məm­mə­dov, mu­si­qi tər­ti­bat­çı­sı isə teat­rın di­rek­tor müa­vi­ni Azad Məm­mə­dov­dur. Ta­ma­şa­da əsas rol­la­rı Əmək­dar ar­tist­lər Ya­di­gar Mu­ra­dov, Şü­ku­fə Mu­sa­ye­va, akt­yor­lar Tey­mur Məm­mə­dov, Püs­tə­xa­nım Mu­ra­do­va və baş­qa­la­rı ifa edib­lər.
   Ta­ma­şa­nın so­nun­da Bi­nə­qə­di Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Xa­ləd­din İs­gən­də­rov Şu­şa teat­rı­na min­nət­dar­lı­ğı­nı bil­di­rib və kol­lek­ti­və ya­ra­dı­cı­lıq uğur­la­rı ar­zu­la­yıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar