"Azərbaycan" jurnalının 6-cı sayı çapdan çıxıb. Jurnal, Vaqif Yusiflinin xalq şairi Vaqif Səmədoğlunun 70 yaşı münasibətilə qələmə aldığı "Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir" yazısı ilə açılır. "İtmiş nəslin ardınca" rubrikasında professor Nizaməddin Şəmsizadənin "İtmiş nəslə uvertüra" adlı məqalə verilib.
   "Poeziya" bölməsində Hüseyn Kürdoğlu, Ağacəfər Həsənli, Rəfail Tağızadə, Barat Vüsal, Azər Abdulla, Məcnun Göyçəli və Balayar Sadiqin şeirləri oxucuya təqdim edilir.
   Kamil Əfsəroğlunun "Çadır" romanı isə jurnalın nəsr bölməsində təqdim olunub.
   Südabə Ağabalayevanın "Durulacaq bu dünya" portret yazısı da jurnalın bu sayında oxucuların ixtiyarına verilib.
   Asif Rüstəmlinin "Mütərcim Cəfər Cabbarlı" yazısında isə ölməz dramaturqumuzun tərcüməçilik fəaliyyəti araşdırılır. Yazıçı Natiq Rəsulzadənin 60 illik yubileyi münasibətilə Məmməd Orucun "Bir ağız gözəlləmə" yazısı jurnalda yer alıb. Gülşən Tofiqqızının rus dilində qələmə aldığı "Hörümçək toru" hekayəsini dilimizə Arifə Arifqızı çevirib.
   İfrat Əliyevanın "Poetik ilhamın özünəməxsusluğu" yazısında şair Fikrət Sadığın yaradıcılığı təhlilə cəlb edilib. Jurnalda digər maraqlı yazılara da yer verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar