Mədəniyyət və Turizm Nazirliyinin iş planına müvafiq olaraq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris işinin təşkili ilə bağlı növbəti zona müşavirəsi keçirilib.
Martın 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində gerçəkləşən müşavirədə nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin əməkdaşları, Bakı şəhəri və ətraf yaşayış məntəqələrində fəaliyyət göstərən 32 məcburi köçkün uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinləri iştirak ediblər.
Tədbirdə Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, nazirliyin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən digər normativ sənədlər, məktəblərin yeni nümunəvi əsasnaməsi, tədris proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumat və izahatlar verilib. Ayrı-ayrı məktəblərdə nöqsanlar direktorların nəzərinə çatdırılıb. İstedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Zona müşavirələri aprel-may aylarında davam etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar