Martın 11-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Səbail rayon MKS-nin Mərkəzi kitabxanası ilə Rusiyanın Leninqrad vilayəti Slantsı şəhər uşaq kitabxanası arasında onlayn görüş təşkil olunub. “Multikulturalizm ili” ilə əlaqədar keçirilən görüş Azərbaycan və rus xalqlarının qədim bayramları sayılan Novruz və Maslenitsaya həsr edilib.
Səbail rayon MKS-nin və Slantsı şəhər uşaq kitabxanasının məktəbli oxucularının qatıldığı onlayn görüşdə hər iki bayramın tarixi irsi, rəmzləri, mərasimləri barədə söhbət açılıb. Rusiyalı məktəblilərə Novruzun mahiyyəti, təbiətin canlanmasının, əkinçiliyin rəmzi olan səməni, bayram süfrəsi, su, od, yel və torpaq çərşənbələri, Novruz personajları barədə məlumat verilib. Məktəblilər Novruzla Maslenitsa bayramlarının oxşar və fərqli cəhətlərini diqqətə çatdırıblar, bayramları tərənnüm edən şeirlər söyləyiblər.
Tədbirin keçirilməsində məqsəd iki xalqın mədəniyyətinin, milli dəyərlərinin qarşılıqlı öyrənilməsinə dəstək verməkdir.
Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri Maslenitsa bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Bu il bayram 7-13 marta təsadüf edib.
Tonqalların qalanması, qışın (köhnəliyin) simvolu olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır. Hər iki bayram insanları bir-birinə yaxınlaşdırır, onlar bir-birinin ziyarətinə gedir, bayram süfrələri açılır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar