Martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi rus bəstəkarı Pyort Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq. Əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın əməkdar artistləri Olqa Qolitsa (Odetta-Odilliya) və Sergey Sidorski (Şahzadə Ziqfrid) ifa edəcəklər. Tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.