Saatların əqrəblərini irəli çəkmək lazım gəlməyəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı qərarına əsasən bu ilin 27 mart tarixində nəzərdə tutulan yay vaxtına keçid ləğv olunub. Bununla Nazirlər Kabinetinin 17.03.1997 il tarixli 21 saylı qərarı qüvvədən düşmüş hesab edilir.
Qeyd edək ki, yay və qış vaxtlarına keçidin bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlər yaratması, eləcə də İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib.
Qış və yay vaxtları Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərarla tətbiq edilirdi. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi. Beləliklə, martın 27-də Azərbaycan yay vaxtına keçməyəcək və həmin gün saat əqrəblərini 1 saat irəli çəkmək lazım gəlməyəcək.
Qeyd edək ki, qış və yay vaxtına keçid praktikası dünyanın 70-dək ölkəsində tətbiq olunur. Rusiya 2014-cü ildə bu praktikadan imtina edib. Türkiyədə isə qış və yay vaxtına keçid qalmaqdadır. Bu o deməkdir ki, martın 27-dən Türkiyə ilə Azərbaycan arasında zaman fərqi azalacaq və 1 saat olacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar