Azərbaycanlı gənc rejissor Rusiyada tamaşa hazırlayır

Xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor İradə Gözəlova Rusiyanın İjevsk şəhərində keçirilən gənc rejissorların laboratoriyasında müsabiqə qalibi olub. Onun hazırladığı “Şıltaq qızın yumşalması” (Uilyam Şekspir) tamaşa-eskizi teatr tənqidçiləri və rejissorlardan ibarət jüri tərəfindən yüksək qiymət alıb. Onun yozumunda orta əsrlərin meydan teatrı, insan ehtirasları açıq formada öz əksini tapıb.
Müsabiqənin şərtlərinə əsasən, İradə Gözəlova İjevskdə bu əsər əsasında tamaşa hazırlamalıdır.
Artıq rejissor tamaşanın məşqlərinə başlayıb. O, iş prosesindən danışaraq qeyd edib ki, vətəndən kənarda tamaşa hazırlamağın ikiqat məsuliyyəti var və bunun öhdəsindən layiqincə gəlməyə çalışacaq.