Bakıya səfər çərçivəsində Novosibirsk Dövlət Teatr İnstitutunun tələbə və müəllim heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də qonaq olublar. Görüşdə universitetin müəllimlərindən Xalq artisti Cənnət Səlimova, əməkdar incəsənət xadimləri Fikrət Sultanov, Oqtay Babazadə, prorektorlar Çingiz Bağırov, Rafiq Sadıqov və Gülşən Əliyeva çıxış edərək qonaqları salamlayıblar, onlara yeni yaradıcılıq uğurları diləyiblər. Qonaqlar paytaxtımız haqqında təəssüratlarını bölüşüblər. Yaradıcı söhbət, təcrübə mübadiləsi, gələcək planlarla bağlı müzakirələr aparılıb. Sonra ADMİU-nun tədris teatrında novosibirskli tələbələrin ifasında konsert proqramı nümayiş olunub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar