İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Gürcüstana qastrola gedir. Teatrın direktoru İftixar Piriyevin bildirdiyinə görə, kollektiv mayın 1-dən 12-dək paytaxt Tbilisidə, həmçinin Sadaxlı, Kəpənəkçi, Qaçağan, Qaraçöp kəndlərində olacaq. Teatr qastrol zamanı “Nurlu ömrün anları” tamaşasını göstərəcək. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi anır” layihəsi çərçivəsində həyata keçiriləcək.