Aprelin 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında SSRİ Xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Aktrisanın həyat və yaradıcılığı, kino və teatr sahəsindəki fəaliyyətinin, onunla bağlı xatirələrin canlandırılacağı mərasimdə görkəmli sənətkar haqqında yazılan “Ömrün səhifələri” adlı kitabın təqdimat mərasimi də reallaşacaq.