Mayın 4-də Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasının premyerası keçiriləcək. Tamaşanın libretto müəllifi professor Nərgiz Paşayevadır. Operanın yeni redaksiyasının rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirovdur. Tamaşada Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Dövlət Xor Kapellası da iştirak edəcək. Operanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.