Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi növbəti festivala hazırlaşır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin Dənizli şəhərində keçiriləcək beynəlxalq festivala dəvət alan kollektiv mayın 5-də qardaş ölkəyə yola düşəcək. Rusiya, İran, Gürcüstan və digər ölkələrin təmsil olunacağı festivalda Gənc Tamaşaçılar Teatrı dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Anar Səfiyev) bəhs edir.
Məlumat üçün bildirək ki, ötən il P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa Dənizli festivalında mükafata layiq görülüb.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar