Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin premyerası olacaq. Dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaratmışdır. Bütün bu hadisələr alovlu və coşqun tanqo üslubunda təqdim ediləcək. Əsas partiyaları xalq artistləri Kamilla Hüseynova (Laura), Gülağası Mirzəyev (Raul), Əməkdar artist Samir Səmədov (Migel) və Veronika Arazova (Tereza) ifa edəcəklər. Yeni baletin baxımlı kostyum və dekorasiyaları, gözəl musiqisi və zəngin xoreoqrafiyası heç şübhəsiz ki, tamaşaçılar tərəfindən bəyəniləcək və onların xatirində silinməz izlər buraxacaq.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar