“Formula-1” yarışmasına həsr olunmuş yazı müsabiqəsi

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən elan olunan “Formula-1” üzrə Avropa Qran-prisi jurnalistlərin gözü ilə” adlı müsabiqə davam edir.
Müsabiqəyə Azərbaycanda yaşayan və işləyən 21 yaşdan yuxarı bütün jurnalistlərin qatılmaq hüququ var. Məqalələr Azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır. Məqalənin həcmi 400 sözdən az, 600 sözdən çox olmamalıdır.
Müsabiqə mövzuları yarış hazırlığı, komandalar, pilotlar və məşhurlar, “Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçiləri, bu mötəbər yarışa ev sahibliyi edən şəhərin üstünlüklərindən biri olmalıdır.
Məqalələr aprelin 15-dək təhvil verilməlidir. Qaliblər aprelin 22-də elan olunacaq.
Qalib “Formula-1” üzrə Avropa Qran-prisinə yarış həftəsonunun hər üç günü üçün iki biletlə mükafatlandırılacaq. İkinci yerin sahibinə BŞH tərəfindən üzərində şirkətin loqosunun əks olunduğu hədiyyələr təqdim ediləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar