Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük şair-dramaturq Hüseyn Cavidin “Topal Teymur” dramı əsasında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin hazırladığı tamaşa “Əmir Teymur” adı ilə teatrsevərlərə təqdim olunacaq. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədir. Rəqs və döyüş səhnələrini Əməkdar artist Pərviz Məmmədrzayev qurub.
Yaradıcı heyət bu dəfə pyesə tamamilə fərqli baxış bucağından yanaşaraq dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmağa çalışıb. Baş rolu Xalq artisti Nurəddin Mehdixanlı oynayır. Digər rollarda Xalq artisti Rafiq Əzimov, əməkdar artistlər Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, Münəvvər Əliyeva, Elşən Rüstəmov, Kazım Abdullayev, aktyorlar Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı, İlahə Həsənova, Hikmət Rəhimov, Elçin Əhmədov, Elnur Qədirov, Cümşüd Zeynalov, Əlvida Cəfərov və başqaları çıxış edirlər.
Tamaşanın premyerası mayın 20-nə nəzərdə tutulub.

Lalə