Mayın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında Nikolay Qoqolun “Evlənmə” tamaşası göstərilib. Teatrıın mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə tamaşanın finalı fərqliliyi ilə seçilib. Artıq üç ildir ki, teatrın repertuarında olan səhnə əsərinin növbəti nümayişi Fiokla İvanova rolunda çıxış edən Xalq artisti Şükufə Yusupovanın yubileyinə həsr olunub. Tamaşanın sonunda sənət yoldaşları, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev aktrisanı elə səhnədəcə təbrik ediblər. Seyrçilərin alqış sədaları və atəşfəşanlıqla səhnədə doğum günü tortu kəsilib.
“Şükufə Yusupova Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir. Aktrisa bu günün sevincini onu sevən tamaşaçılarla paylaşır”, - deyə Əlisiqmət Lalayev bildirib.

Həmidə