Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrının rejissoru, professor Firudin Səfərov opera sənətinin inkişafındakı xidmətlərinə görə Daşkənddəki Turan Akademiyasının akademiki adına layiq görülüb.
Akademik vəsiqəsinin təqdim edilməsi mərasimində Firudin Səfərovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, həmçinin Daşkənd Opera və Balet Teatrında tamaşaya qoyduğu əsərlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, o, Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanmasında da mühüm xidmət göstərir.
Xatırladaq ki, Firudin Səfərov 70 illiyi münasibətilə Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib. Tanınmış rejissor Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar