Martın 31-də İstiqlal Muzeyində Hikmət Nəzərli adına 27 saylı və Paşa Nəzərov adına 66 saylı orta ümumtəhsil məktəblərinin şagirdləri üçün 1918-ci ilin mart qırğınları mövzusunda “açıq dərs” keçirilib.
Əvvəlcə şagirdlər xalqımızın müstəqillik uğrunda mübarizəsinin müxtəlif mərhələlərini və ermənilərin azərbaycanlılara qarşı təcavüzünü əks etdirən muzeyin ekspozisiyası ilə tanış olublar. Şagirdlərə muzeyin yaradılması və fəaliyyəti barədə məlumat verilib.
Muzeyin əməkdaşları Pərvanə Hüseynovanın “Ermənilərin Azərbaycana köçürülməsi”, Arzu Quliyevanın “1905-1907-ci illərdə və 1918-ci ildə azərbaycanlıların soyqırımı”, Fəxriyyə Əliyevanın “1948-1953-cü illərdə azərbaycanlıların köçürülməsi”, Ramazan Babayevin “1988-1994-cü illərdə soyqırımı” mövzularında məruzələri dinlənilib. Təəssüflə qeyd olunub ki, 1918-ci il soyqırımına hələ də beynəlxalq səviyyədə lazımi siyasi-hüquqi qiymət verilməyib.
Sonda 31 mart faciələrini əks etdirən sənədli film göstərilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar