Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları bu dəfə şəhərdəki hərbi hissələrin əsgərləri qarşısında çıxış ediblər. Kollektiv yerli dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirib.
Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərini əsgərlər və onların valideynləri maraqla izləyiblər. Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Emin Fərzullayev, Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova, Hikmət Cəfərov və başqaları oynayıblar.