Gənc Tamaşaçılar Teatrında yeni müzikl
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qoğalın sərgüzəştləri” adlı nağıl-müziklə ictimai baxış keçirilib. Pərvin Nurəliyevanın rus xalq nağılı əsasında qələmə aldığı nağıl-müziklin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir.
Tamaşada əsas rolları Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev canlandırıblar.
Məlumat üçün bildirək ki, teatrın 87-ci mövsümünün ilk yeni tamaşası da məhz “Qoğalın sərgüzəştləri” müzikli olacaq. Premyera oktyabr ayının 11-12-nə nəzərdə tutulur.