Məlum olduğu kimi, aprelin 2-dən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün cəbhə xətti boyunca hərbi qüvvələrimiz, yaşayış məntəqələri düşmən tərəfindən atəşə məruz qalıb. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu düşmən mövqelərinə ağır zərbələr endirib.
Baş verən hadisələrlə bağlı Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi birgə bəyanat qəbul edib. Bəyanatda turizm sənayesi nümayəndələri Azərbaycan Ordusuna dəstək ifadə edərək Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunmasında iştirak etməyə hər an hazır olduqlarını bildiriblər.
* * *
Aprelin 5-də Mingəçevir Turizm Kollecində ordumuza dəstək aksiyası keçirilib.
Toplantıda çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov ordumuzun qələbələrindən yaranmış nikbin əhval-ruhiyyəni, gənclərdə güclənmiş vətənpərvərlik duyğularını yüksək dəyərləndirib. Silahlı Qüvvələrimizin torpaqlarımızı azad edəcəyinə qəti inam ifadə edilib. Kollecin müəllimləri İbrahim Əyyubov, Əşrəf Əsgərov, Eldar Dərişov, Gülnarə Şükürova da çıxış edərək ordumuzun son qələbələrindən duyduqları sevinc və qürur hislərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar