![](/img/news/700x420/1745.jpg)
Yeni quruluşun da müəllifi teatrın baş rejissoru Yusif Əkbərovdur. Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində vətənə məhəbbət dayanır və səhnədən də məhz bunu insanlara aşılamağa çalışırlar. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Gülnarə İbadova, quruluşçu baletmeysterləri Zakir və Yelena Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır. Əsas rollarda əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova (Ballı), Çingiz Əhmədov, Əkbər Əlizadə (Qədir), aktyorlar - Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Yuliya Heydərova (Əcnəbi qız), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elməddin Dadaşov (Turist oğlan), Svetlana Bulax (Turist qadın), Gülnarə Abdullayeva, Gülnarə Əzizova (Züzü) iştirak edirlər.
Həmidə Nizamiqızı