Berlində yerləşən Almaniya-Azərbaycan Evində Azərbaycan Tələbə Şəbəkəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası ilə birgə 31 mart soyqırımına həsr olunmuş xatirə axşamı keçirilib. Tədbirdə ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov və Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin direktoru Heydər Mirzə çıxış ediblər.
Çıxışlarda 1918-ci ilin mart qırğınlarının tarixi xülasəsi təqdim olunub, bu tarixi dərsin milli özünüdərk baxımından əhəmiyyəti vurğulanıb.
Çıxışlarda 1918-ci ilin mart qırğınlarının tarixi xülasəsi təqdim olunub, bu tarixi dərsin milli özünüdərk baxımından əhəmiyyəti vurğulanıb.