Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Tədbir Prezident İlham Əliyevin bəstəkarın anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncamına əsasən təşkil ediləcək.
Qeyd edək ki, Qəmbər Hüseynli milli musiqi sənəti xəzinəmizə dəyərli səhifələr yazmış sənətkarlardandır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri var. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar