“Mənim fikrim Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır”
Fransız bəstəkarı Pyer Tiloy son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.
O deyib: “Mənim fikrim öz doğma yurduna qayıda bilməyən, yaxınlarını itirən, əcdadlarının torpağında sərbəst gəzə bilməyən, qaçqın düşərgələrində yaşayan, torpaqlarını yalnız uzaqdan seyr edən, həyatdan həzz ala bilməyən, hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır. Artıq uzun müddətdir ki, incəsənət, xüsusilə musiqi vasitəsilə bu münaqişə haqqında məlumatlılığı artırmağa çalışıram. Mənim bəstələdiyim “Xocalı 613” əsəri elə bir ruhdadır ki, bu, qurbanların xatirəsinə aid əbədi duadır. Xocalı qurbanları heç zaman unudulmayacaq”.