Aprelin 23-də paytaxtın Nəsimi rayonunda yerləşən Zorge parkında “Oxu günü” keçiriləcək. Mütaliəyə diqqətin artırılması məqsədi daşıyan layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Bu il ikinci dəfə keçirilən layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Təhsli, Mədəniyyət və Turizm nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilən layihəyə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, “Baku Bus”, AMEA Mərkəzi Elmi Kitabxanası, ASAN Könüllüləri və digər qurumlar dəstək verir.
Layihə “Gəlin, birgə oxuyaq!” şüarı ilə təşkil olunacaq. “Oxu günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək. Yazarlarla görüş təşkil ediləcək. Həmçinin Türkiyənin tanınmış yazıçılarından Əhməd Haldun Terzioğlunun imza mərasimi olacaq.
Tədbir müddətində fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi də layihənin əsas məqsədlərindən biridir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar