Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət.AZ” jurnalının mart sayı işıq üzü görüb. Jurnalın bu sayında Bakıda keçirilən Novruz şənlikləri haqqında rəngarəng material, “Türk dünyasında Novruz bayramı necə qeyd olunur?”, “Novruz - beynəlxalq karnavallar statusunda” yazıları, görkəmli maarifçi Mirzə Abbas Abbaszadənin 1920-ci ilin martında “Azərbaycan” qəzetində çap olunan axır çərşənbə, Novruz ənənələri barədə məqalələri dərc edilib.
“Multikulturalizm ili”nə mühüm töhfə” yazısında BMT Sivilizasiyalar Alyansının 25-27 aprel tarixində Bakıda keçiriləcək VII Qlobal Forumuna hazırlıq, tədbirin əhəmiyyətindən bəhs edilir. Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ilə müsahibə də nəşrin bu sayında yer alıb.
21 mart - Beynəlxalq Poeziya Günü ilə bağlı “Ver sözə ehya ki...” məqaləsində şair və tərcüməçilərin yaradıcılığından, ədəbi əlaqələrdən söhbət açılır. Ədəbiyyatda, sənətdə, ictimai həyatda, elmdə əvəzsiz xidmətləri olan insanların - Əsgər ağa Gorani, Ağamusa Nağıyev, Kamal Talıbzadə, Həsənağa Turabov kimi şəxsiyyətlərin xatirələri də anılıb. “Dənizin səsini dinləmək istəsəz...” - Bülbül adına IV Beynəlxalq musiqi müsabiqəsinin “Qran-pri” mükafatçısı, İstanbul Opera və Balet Teatrının solisti Dəniz Yetim ilə müsahibə, Respublika Gözdən Əlillər Kitabxanası, Azərbaycan Dövlət Teatr Muzeyi, “Oyuq” teatr studiyası və s. mövzularda yazılar da jurnalın səhifələrində yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar