Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı papaq” əsərinin son məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu-rejissoru, Azərbaycanın Əməkdar artisti Boris Qrafkin bildirib ki, əsərin premyerası noyabrın sonu - dekabrın əvvəllərinə nəzərdə tutulur. Rejissor tamaşanın hazırlanmasında teatrın rəhbərliyinin xüsusi diqqət və qayğısını qeyd edib.
Tamaşada əsas obrazları əməkdar artistlər Emma Məlikova, Səmayə Musayeva, aktyorlar Elçin İmanov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova və başqaları canlandıracaq.