Xəbər verdiyimiz kimi, aprelin 25-dən 27-dək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli sərəncamına əsasən beynəlxalq tədbirin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Foruma hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir. Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək Qlobal Forum indiyədək ölkəmizdə keçirilən bu qəbildən beynəlxalq tədbirlər arasında ən genişmiqyaslısı olacaq.
Foruma BMT-nin baş katibi Ban Ki Moon, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Makedoniya Prezidenti George İvanov, Malta Prezidenti Mari-Luiz Koleyro Preka, Qətər və Küveytin baş nazirlərinin birinci müavinləri - ümumilikdə 140-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı qatılacaq. İştirakçılar arasında beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri yer alacaq. Forum çərçivəsində gənclər üçün tədbir, həmçinin biznes simpoziumu keçiriləcək.
“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək Qlobal Forumun proqramı artıq təsdiqlənib, gündəmi, müzakirə mövzuları kifayət qədər genişdir. Forum “birgəyaşayış” məfhumunun “inklüziv” cəhətini vurğulamaqla, çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək.
Üç gün ərzində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulub. Forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar