Gürcüstanın "Multi-pulti dünyası" teatrı yenidən Bakıya gələcək. Dekabrın 27-30-da və yanvarın 2-3-də Dövlət Opera və Balet Teatrının səhnəsində "Maşa və Ayı" tamaşasının yeni bölümlərinin premyerası olacaq. Tamaşalar rus və Azərbaycan dillərində nümayiş etdiriləcək.
Qeyd edək ki, Gürcüstanın "Multi-pulti dünyası" teatrı ötən ilin dekabr və mart aylarında da Bakıda tamaşa təqdim etmişdi. Gürcü aktyorlarının oynadığı Maşa və Ayı rolunu Azərbaycan dilində Əməkdar artist Məsmə Aslanqızı və Elnar Qarayev səsləndirib.