Görkəmli dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası Musiqili Teatrda tamaşaya qoyulacaq. Tamaşaya Xalq artisti İlham Namiq Kamal quruluş verəcək, o həm də baş rolu oynayacaq. Musiqili komediyanın librettosunu İlham Namiq Kamal, musiqisini Xalq artisti Oqtay Rəcəbov yazıb. Librettodakı şeirlər isə şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna məxsusdur. Tamaşanın 2015-ci ildə nümayiş etdirilməsi nəzərdə tutulub.