Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu mədəniyyət xadimi Fərəh Şəkinskayanın vəfatı ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab nazir,
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin kollektivi və öz adımdan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Fərəh xanım Şəkinskayanın vəfatı xəbərindən kədərləndiyimi bildirir, mədəniyyət və incəsənət ictimaiyyətinə, doğmalarına başsağlığı verirəm.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq, Fərəh xanım öz vətənpərvərliyi, insan və əməksevərliyi ilə ətrafdakıların hörmətini qazanmış, dövlətçiliyin möhkəmlənməsi istiqamətində faydalı iş aparmışdır. Uzun illər Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət nazirinin müavini işləmiş və Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına öz töhfəsini vermişdir.
Fərəh xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik etməsini ömrünün ən gözəl, yaddaqalan dövrü kimi qiymətləndirirdi. Həyatının 20 ilini uşaqlarımızın hərtərəfli inkişafına, əsl vətəndaş kimi yetişməsinə həsr edən Fərəh xanım, eyni zamanda rəhbərlik etdiyi kollektivin Azərbaycan mədəniyyətini istər ölkəmizdə, istərsə də xaricdə layiqincə təmsil etməsinə nail olmuşdur.
Azərbaycan ictimaiyyəti gözəl insan, layiqli dövlət xadimi, qayğıkeş ana Fərəh xanım Şəkinskayanı daima xoş xatirələrlə yada salacaqdır.
Allah rəhmət eləsin”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar