Gənc Tamaşaçılar Teatrında “Miras” adlı yeni səhnə əsərinin məşqlərinə başlanıb. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyindən bəhs olunur.
İlk nümayişi may ayında nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Rolları Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.