Azərbaycan Teatr Xadimləri İttifaqı 10 mart - Milli Teatr Gününə hazırlaşır. İttifaqdan verilən məlumata görə, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirlər keçiriləcək. Bundan əlavə, Teatr Xadimləri İttifaqı görkəmli balerina Qəmər Almaszadənin 100 illik yubileyinə də hazırlaşır. Yubiley tədbiri martın sonu - aprelin əvvəlinə nəzərdə tutulub.