Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin aprelin 20-də keçirilmiş iclasında AMEA-nın adlı mükafatları üzrə müsabiqə qaliblərinin adları elan edilib.
Akademik Üzeyir Hacıbəyli adına mükafata Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə layiq görülüb. O, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi irsinin tədqiqində xidmətlərinə görə təltif olunub.
AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudova verilib.
Həmçinin Nəsirəddin Tusi adına mükafata akademik Firudin Haşımzadə, Həsən bəy Zərdabi adına mükafata akademik Siddiqə Məmmədova, Mirəsədulla Mirqasımov adına mükafata akademik Adilə Namazova layiq görülüb. Akademik Yusuf Məmmədəliyev adına mükafat AMEA-nın müxbir üzvü Fəzilə Səmədovaya, akademik Musa Əliyev adına mükafat isə akademik Pərviz Məmmədova verilib.

 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar