Sumqayıt Dövlət Dram Teatrında teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun müəllifi olduğu “Maskalı düşmən” adlı tamaşa hazırlanıb. Tamaşa uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Səhnə əsərində uşaqlara cəsurluq, ayıq-sayıqlıq, mübarizlik kimi keyfiyyətlər aşılanır. Tamaşada Novruz elementlərinə yer verilib. Bayrama hazırlaşan uşaqların başına gələn hadisələr komik boyalar, bayram şənlikləri, musiqi nümunələri ilə zənginləşdirilib.