İrəvan Dövlət Azərbaycan Dram Teatrı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yeni səhnə əsəri hazırlayır. Gürcü dramaturqu Nodar Dumbadzenin müharibə mövzusuna həsr olunan "Didro" əsəri Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə birgə əməkdaşlıq əsasında səhnələşdiriləcək.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin bildirdiyinə görə, tamaşaya Tiflis teatrının aktyoru və rejissoru Turqay Vəlizadə quruluş verəcək. Tamaşada İrəvan teatrının aktyoru Əhliman Ərşadlı və Tiflis teatrının aktyorları Aslan Məmmədov və Leyla Qasımova rol alıb. Premyera 26 fevralda Dövlət Mahnı Teatrında gerçəkləşəcək.