25-26 fevral tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun "Xəcalət" əsərinin tamaşası nümayiş etdiriləcək. Pyesdə müharibənin yaratdığı faciələr bir ailənin timsalında təsvir olunur. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli ifadələrlə təsvir edib. "Xəcalət" dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin, mübariz olmağa səsləyən əsərdir.