Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Nikolay Qoqolun "Ölü canlar" əsərinin motivləri əsasında "Çiçikovun sərgüzəştləri" adlı səhnə əsəri hazırlanıb. Premyerası fevralın 18-də olacaq tamaşaya ukraynalı rejissor Arkadi Neputaliuk quruluş verib. Rolları Oqtay Mehtiyev, Cəlal Məmmədov, Namis Şirməmmədov və başqaları oynayırlar.