Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkənin mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutovla görüşündə mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib.
Görüşdə 2017-ci ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin, habelə qırğız şairi və mütəfəkkiri Yusif Balasaqunun (Yusif Has Hacib) 1000 illik yubileyinin Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub. Xatırladaq ki, TÜRKSOY təşkilatı 2016-cı ili türk dünyasının böyük şairi və mütəfəkkirinin 1000 illik yubileyi şərəfinə “Yusif Has Hacib xatirə ili” elan edib.
Qırğız nazir bildirib ki, Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda onun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. O, may ayının 15-dən 21-dək Bişkekdə keçiriləcək Beynəlxalq Balet Festivalında Azərbaycanın da təmsil olunacağından məmnunluğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar