Martın 8-də Dövlət Gənc Tamaşaçılar Teatrında ərəb xalq nağılı əsasında hazırlanan “Ələddinin sehrli çırağı” tamaşası 120-ci dəfə nümayiş etdiriləcək.
Quruluş və musiqi tərtibatı teatrın rejissoru, Əməkdar artist Nicat Kazımova məxsusdur. Quruluşçu rəssamı Mustafa Mustafayev, tryukların quruluşçusu İsa Əsədov, rejissor assistenti Vüsal Mehrəliyevdir.
İkihissəli nağıl-tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Natiq Fərzəliyev və başqaları iştirak edirlər.