Layihə ikinci dəfə tamaşaçıların görüşünə gəlir

Milli Teatr Günü münasibətilə Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə martın 11-dən 14-dək “Bizim Teatr Festivalı-2”nin keçirilməsi planlaşdırılır. Bakı Uşaq Teatrından bildirilib ki, “Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşacaq festivalda təqdim ediləcək səhnə əsərləri Teatr Xadimləri İttifaqının səhnəsində nümayiş olunacaq.