Maraqlı repertuarı ilə seçilən Gənc Tamaşaçılar Teatrı Novruz bayramı ərəfəsində daha bir yeni səhnə əsərini seyrçilərə təqdim edəcək. Noyabrın 14-də teatrda “Məlikməmməd” xalq nağılı əsasında səhnələşdirilmiş «Məlikməmməd və sehrli almalar» tamaşasının premyerası keçiriləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır. Rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov, Xəyal Salahov ifa edəcəklər.