Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır.
Əhməd Orucoğlunun “Oğru” pyesi əsasında hazırlanan tamaşa üzərində məşqlər başa çatmaq üzrədir. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin bildirdiyinə görə, səhnə əsəri martın sonunadək sənətsevərlərə təqdim olunacaq. Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Briliant Babayeva, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa edirlər. Teatrın yaradıcı kollektivi apreldə ispan yazıçısı Migel de Sevantesin “Don Kixot” əsəri əsasında tamaşanın məşqlərinə başlayacaq.