BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda “Bakı bəyannaməsi” qəbul olunub

Aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında “Bakı bəyannaməsi” qəbul olunub.
“Bakı bəyannaməsi” mədəni və dini müxtəlifliklərə hörmət və anlaşmanın vacibliyi, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və insanlar arasında tolerantlıq, hörmət, dialoq və əməkdaşlığı təbliğ edir.
Sənəddə sülh, təhlükəsizlik və inkişafın genişlənməsində universal dəyər kimi Sivilizasiyalar Alyansının moderatorluğunu genişləndirəcəyi vurğulanır. Dünyanın mədəniyyət müxtəlifliyi və mədəni irsinin bütün xalqlar arasında sülh faktoru və inkişaf kimi hər kəs tərəfindən qorunmasının vacibliyi bildirilir. Mədəni irslərə qarşı davamlı və geniş miqyasda qanunsuz aktların baş verməsi ilə bağlı narahatlıq ifadə olunur. Sülh və təhlükəsizliyin, insan haqlarının və dayanıqlı inkişafın təbliğ olunması üçün mədəni irsə hörmətin vacibliyi vurğulanır.
Mədəniyyətlərarası və dinlərarası dialoqun, tolerantlıq, plüralizm və qarşılıqlı hörmət sahəsində əməkdaşlığın vacibliyi qeyd olunur. “2030 Dayanıqlı İnkişaf Gündəliyi”nin qəbulu alqışlanır.
Günahsız insanların ölümünə, dağıntılara və insanların qaçqın düşməsinə səbəb olan, dünyanın müxtəlif yerlərində qeyri-tolerantlıq, zorakı ekstremizm, zorakılıq və terrorizm aktlarından narahatlıq ifadə olunur.
Bəyannamədə fərq qoymadan bütün insan hüquq və azadlıqlarına hörmətlə bağlı Xartiya qarşısında bütün üzv ölkələr tərəfindən götürülən öhdəlik dəstəklənir, bir daha vurğulanır ki, üzv ölkələrin bütün insan hüquq və fundamental azadlıqlarını müdafiə etmək öhdəliyi var. Bəyannamədə rasizm, radikal ayrı-seçkilik, ksenofobiya və qeyri-tolerantlığa qarşı mübarizədə ümumi qətiyyət ifadə olunur.
Sənəddə qeyd edilir ki, mədəniyyətlərə hörmət qeyri-zorakılıq və insan haqlarına hörməti, o cümlədən insanlar arasında həmrəyliyi və mədəniyyətlər arasında dialoqu gücləndirir.
Bəyannamə müəllifləri gender bərabərliyinin vacibliyini də qeyd edir, turizmin qarşılıqlı hörmət, anlaşma və tolerantlığın genişlənməsinə, insanlar arasında əlaqə yaranmasına xidmət etdiyini vurğulayırlar.
Sənəddə miqrasiya probleminə də xüsusi yer ayrılıb. Bildirilir ki, miqrasiyanın gedilən ölkə ilə gedən şəxsin vətəndaşı olduğu ölkə arasında mədəni plüralizmi təbliğ etmək də daxil olmaqla müsbət nəticələri ola bilər. İnternet kimi müasir texnologiyanın insan haqları, bərabərlik, başqalarına hörmət və tolerantlıq kimi dəyərlərə qarşı istifadə edilməsindən, rasizm, nifrət, ksenofobiya, ayrı-seçkiliyin təbliğindən dərin narahatlıq bildirilir.
Bəyannamədə Azərbaycanın VII Qlobal Foruma ev sahibliyi etməsi yüksək qiymətləndirilir: “Ölkələri Bakıda qəbul edilən öhdəlikləri yerinə yetirməyə çağırırıq. Əminliyimizi bildiririk ki, Bakı forumu inklüziv cəmiyyətdə birgəyaşama, zorakı ekstremizm kimi çağırışların qarşısının alınması, sülh, universal insan haqları və dayanıqlı inkişaf kimi Sivilizasiyalar Alyansı tərəfindən vurğulanan məqsədlərinə çatmışdır”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar