Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Monteneqronun Azərbaycandakı səfiri Branko Miliç ilə görüşüb.
Direktor səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb, qonağa Azərbaycan teatrının tarixi, müasir teatr prosesi haqqında məlumat verib.
Görüşdə Azərbaycan və Monteneqro arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd edilib, mədəni münasibətlərin perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrinin gerçəkləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Teatr rəhbəri Monteneqro səhnəsində Azərbaycan müəlliflərinin, Azərbaycan səhnəsində Monteneqro müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasını təklif edib.
Səfir səmimi qəbul üçün minnətdarlığını bildirib, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd edib. Görüşdə Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev də iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar